SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan 128 ölkə arasında az qidalanma halını azaltmağa nail olan 18 ölkədən biridir

4-02-2019, 11:58 | Oxunub: 10 712 |

Azərbaycan 128 ölkə arasında az qidalanma halını azaltmağa nail olan 18 ölkədən biridir

Azərbaycan 128 ölkə arasında az qidalanma halını azaltmağa nail olan 18 ölkədən biridir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

H.Hüseynov bildirib ki, BMT-nin Minilliyin Bəyannaməsinə qoşulan və bu hədəflərə nail olmaqda qərarlı ölkə kimi Azərbaycanda yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin təmin edilməsi məqsədilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", eləcə də "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilib, bu proqramlar yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradıb, nəticədə ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki göstəricisindən 10 dəfə azalıb:"Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasının yekunları ilə bağlı Romada keçirilən təqdimat mərasimində Azərbaycan yoxsulluğun aradan qaldırılması sahəsində qazanılan uğurlara görə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Cənub-Cənub" mükafatına layiq görülüb. Bu siyasətin nəticəsi olaraq, Azərbaycan dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biridir".

O qeyd edib ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasının başa çatması heç də qlobal dünyada mövcud çətinliklərin tamamilə aradan qaldırılmasını təmin edə bilməyib: "YUNESKO-nun 2016-cı il üzrə hesabatına görə, hazırda dünyada 6-17 yaş arası 263 milyon uşaq, yeniyetmə və gənc, o cümlədən inkişaf etməkdə olan ölkələrdə hər 4 qızdan 1-i məktəbdən kənarda qalıb. Eyni zamanda, dünyada hər il 6 milyondan artıq uşaq 5 yaşına çatmamış dünyasını dəyişir. Planetdə 800 milyondan çox insan aclıqdan və 1 milyarddan çox insan isə ifrat yoxsulluqdan əziyyət çəkir. Bunlar göstərir ki, 2015-ci ilədək nail olunması hədəflənən Minilliyin İnkişaf Məqsədləri bütün ölkələr tərəfindən tam olaraq həyata keçirilməyib. Ona görə də daha əhatəli, planetin, o cümlədən cəmiyyətin bütün təbəqələrinin fəal cəlb olunmasını nəzərdə tutan yeni qlobal təşəbbüsün icrasına zərurət yaranıb".

Şuranın katibi əlavə edib ki, bu məqsədlə BMT-yə üzv dövlətlər 2015-ci ilin sentyabrında keçirilən Sammitdə 2016-2030-cu illər üçün 17 məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına qoşulublar:"Dayanıqlı inkişaf sahəsində 2030-cu il Gündəliyi və bu sənəddə ehtiva olunan DİM yoxsulluğun aradan qaldırılması, planetin mühafizəsi və hamı üçün tərəqqinin təmin edilməsinə yönələn öhdəliklərdən ibarətdir. 2030-cu ilədək İnkişaf Gündəliyi DİM üzrə nəticələr çərçivəsində təsbit olunmuş 3 əsas prinsipi - "universallıq", "inteqrasiyalı yanaşma" və "heç kimin geridə qalmaması" prinsiplərini özündə əks etdirir".

H.Hüseynov qeyd edib ki, BMT-nin fəal üzvü kimi qlobal problemlərin həllində iştiraka töhfə verməyə böyük səy göstərən ölkəmiz də BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal DİM təşəbbüsünə qoşulub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR