SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

DİN-dən əməliyyat - Bir gündə 73 nəfər tutuldu

2-02-2019, 17:06 | Oxunub: 1886 |

DİN-dən əməliyyat - Bir gündə 73 nəfər tutuldu

Ötən gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Emtv.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayətin üstü "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 43 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR