SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qanunsuz ot çalınması və mal-qara otarılmasına görə yeni cərimələr – Hökumət qərarı

2-02-2019, 14:23 | Oxunub: 10 033 |

Qanunsuz ot çalınması və mal-qara otarılmasına görə yeni cərimələr – Hökumət qərarı

Dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda qanunsuz ot çalınması və mal-qara otarılmasına görə yeni cərimələr müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərarında dəyişiklik edib.

Beləliklə, bu halda biçənək və otlaq sahələrində qanunsuz səpilmiş otları çaldıqda 140 manat, yaxşılaşdırılmış təbii otları çaldıqda 80 manat, yaxşılaşdırılmamış təbii otları (bataqlaşmış sahələrdən başqa) çaldıqda 44 manat, bataqlaşmış sahələrdə ot çaldıqda 34 manat, biçənək və otlaq sahələrindən kənar ot çaldıqda 66 manat cərimə tətbiq olunacaq.

Zədələnmiş və ya korlanmış biçənək və otlaq sahələrinin hər hektarı üçün səpilmiş otlar olduqda 1000 manat, yaxşılaşdırılmış təbii otlar olduqda 680 manat, yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış otlardan başqa) olduqda 440 manat, bataqlaşmış otlar olduqda 300 manat cərimə alınacaq.

Biçənək və otlaq sahələrində qanunsuz mal-qara otarıldıqda isə hər 10 baş heyvan üçün iki yaşından yuxarı qaramal və atlar olduqda 56 manat, iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar olduqda 22 manat, keçilər olduqda 44 manat cərimə yazılacaq.

Biçənək və otlaq sahələrindən kənarda bu cərimələr müvafiq olaraq iki yaşından yuxarı qaramal və atlara görə 88, iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlara görə 36 manat və keçilər üçün 80 manat olacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR