SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qızılca, məxmərək və suçiçəyi fərqli əlamətlərə malikdir

2-02-2019, 11:47 | Oxunub: 14 305 |

Qızılca, məxmərək və suçiçəyi fərqli əlamətlərə malikdir

İnfeksion xəstəlik olan suçiçəyi, qızılca və məxmərək səpgili olduğuna görə bir-birinə bənzəyir. Lakin onların arasında ciddi fərqlər var.

Emtv.az xəbər verir ki,bu barədə həkim-infeksionisti Aytən Ziyadova yerli mətbuata açıqlamasında deyib: "Suçiçəyi səpgiləri tək-tək əmələ gəlsə də, hər birinin ucunda suluqlar olur. Həmin səpgilər saçın dibi, selikli qişa, ağız boşluğu və gözün içərisinə də çıxa bilər. Qaşıntılı olan səpgilər bütün bədəni bürüyür.Qızılcada isə proses tam fərqlidir. Qızılcanın xarakterik xüsusiyyəti isə qrip əlamətləri ilə başlayır, işığa baxa bilməmə, ağızda, yanağın iç səthində ağ ləkələrin olması diaqnostika üçün əhəmiyyətlidir. Həmin xəstəlik zamanı səpgilər əvvəlki dövrdə üç-dörd gün uşaqda yüksək qızdırma olur və sonra səpgilər başlayır. Səpgi əvvəlcə üzdə, ikinci gün bədəndə, üçüncü gün ayaqlarda olur. Qızılca çəhrayı səpgilərlə başlasa da, sonradan qırmızıya çevrilir".

O, məxmərək xəstəliyi haqqında isə bunları söyləyib: "Qızılcadan fərqli olaraq məxmərək zamanı xəstənin yüksək hərarəti olmur. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, başağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan 5-10 mm ölçüsündə olan qırmızımtıl ləkələr şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər heç bir iz qoymadan yox olur. Məxmərək zamanı ənsə və boyundakı limfa düyünlərinin əllənməsi mühüm diaqnostik əlamət daşıyır".

Həkim-infeksionist onu da qeyd edib ki, uşaq vaxtı aparılan peyvənd həmin xəstəliklərin qarşısını alır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib: "Ölkəmizdə yalnız suçiçəyinə qarşı peyvənd aparılmır. Lakin buna baxmayaraq, ötən illərlə müqayisədə xəstəliyə yoluxanlar arasında artım nəzərə çarpmır".

Onun verdiyi məlumata görə 2008-ci ildən ölkəmizdə məxmərək xəstəliyi yoxdur. Ötən ilin noyabr və dekabr aylarından etibarən qızılca xəstəliyi yayılmağa başlayıb. Xəstəliyin qonşu Gürcüstandan keçdiyi güman edilir və peyvənd edilməyən 18-40 yaşlılar arasında təsadüf olunur. Onların peyvənd olunması üçün 160 min doza vaksin mart ayında Azərbaycana gətiriləcək.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR