SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Görkəmli alimin dəfn mərasimi keçirildi

1-02-2019, 16:45 | Oxunub: 10 513 |

Görkəmli alimin dəfn mərasimi keçirildi

Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırov bu gün Bakıda II Fəxri xiyabanda dəfn olunub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, dəfndən əvvəl Təzə Pir məscidində mərhumla vida mərasimi keçirilib.

Mərasimdə xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərov, ictimai-siyasi xadimlər, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən professorun həyat yoldaşı məclisə gələnlərə təşəkkürünü bildirərək qeyd edib ki, T.Bağırov hamı ilə halallaşaraq dünyadan köçüb.

Sonra T.Bağırov II Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Trend-ə danışan mərhumun oğlu Adil Bağırov bildirib ki, T.Bağırovun bu günədək gördüyü işlərin hər birində Azərbaycanın adı olub:"O, nə edirdisə, hər birini doğma vətəninə, torpağına görə edirdi. Atam bu günədək çox böyük və önəmli işlər görüb. O, hər bir işində yalnız Azərbaycanın gələcəyini və inkişafını düşünərək, bayrağımızın daha da uca zirvələrdə dalğalanmasını arzu edirdi. Son 15 il ərzində onun ən böyük işlərindən biri isə Nobel irsi ilə bağlı idi. Atam, həmçinin əslən Qarabağdan idi və əlindən gələni edirdi ki, dünya Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri öyrənsin. Çox təəssüf ki, atam torpağlarımızın azad olunmasını görə bilmədi, buna baxmayaraq o, həmişə ümid edirdi ki, torpaqlarımızın işğaldan azad olunacağı gün yaxındadır".

Mərasimdə iştirak edən Xalq artisti Fərhad Bədəlbəyli isə Trend-ə bildirib ki, T.Bağırov layiqli vətəndaşı idi, Azərbaycan üçün çox işlər görüb.

"Qarabağ dərdi onun daim narahat edirdi. Biz onunla həmişə bu mövzuda danışardıq, Toğrul öz yurduna qayıtmağı çox arzulayırdı. Toğrul Azərbaycanı tanıtmaq üçün xaricdən bura çox sayda ziyalı insanları, iş adamlarını gətirirdi. Onlara müvafiq məlumatlar verir, Azərbaycanın necə gözəl ölkə olduğunu göstərirdi. Ümid edirəm ki, Toğrulun gördüyü işlər davam etdiriləcək, çünki o, daim Vətəni üçün çalışıb".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR