SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Sevgilisini öldürən şəxs: Onu çox sevirdim

1-02-2019, 15:47 | Oxunub: 5330 |

Sevgilisini öldürən şəxs: Onu çox sevirdim

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Z.Mərdanov son sözlə çıxış edib.

O, törətdiyi cinayət əməlindən peşman olduğunu söyləyib:“Hadisəni törədən zaman özümdə olmamışam. Mərhumun anası, qohumları da yaxşı bilir ki, mən onu hamıdan çox istəyirdim. Səkinə ən sevdiyim insan idi. Heyif ki, belə bir hadisə oldu. Heç kim belə bir hadisədən sığortalanmayıb”.

Sonra hökm oxunub.

Hökmə əsasən, Z.Mərdanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR