SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda 55 nəfər qızılcaya yoluxub, əhaliyə pulsuz vaksin vurulacaq

31-01-2019, 17:17 | Oxunub: 11 647 |

Azərbaycanda 55 nəfər qızılcaya yoluxub, əhaliyə pulsuz vaksin vurulacaq

Ötən il noyabr ayının sonlarından Azərbaycanda qızılcaya yoluxma halları qeydə alınmağa başlayıb və hazırda xəstəlik hallarının qeydiyyatı davam edir. Ümumilikdə, dekabr ayı ərzində 55 yoluxma hadisəsi təsdiq olunub.

Emtv.az verir ki, bunu yerli mətbuata açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəlik halları, əsasən, 20-40 yaşlı və vaxtilə peyvənd olunmamış vətəndaşlar arasında baş verir: "Bu hal uşaqlar arasında çox az sayda qeydə alınıb. Xəstəliyin böyük hissəsi, yəni 90-93%-i Bakının payına düşür. Əslində, araşdırdıqda yoluxan insanların peyvənd olunmadığı ortaya çıxır. Yəni vaxtilə peyvənd etdirməyiblər".

A.Əliyeva bildirib ki, ölkədə uşaqların qızılca və məxmərək əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var: "Təqvimə uyğun olaraq, həmin peyvəndlər uşaqlara vurulur. Müxtəlif səbəblərdən indiyə qədər peyvənd vurulmayan əhalinin yaşlı təbəqəsinin vaksinasiyası üçün əlavə tədbirlər görüləcək. Nazirlik bu məqsədlə 160 min vaksin alınmasını sifariş verib. Həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır və vaksinlər vətəndaşlara poliklinikalarda pulsuz vurulacaq. Bu vaksinlər Hindistan istehsalıdır və olduqca təhlükəsizdir".

Nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycanda 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmamışdı: "Ancaq qonşu ölkələrdə qızılca xəstəliyi geniş yayılıb və Azərbaycana da keçib. Hətta Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb. Hazırda ölkədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir və bu günə kimi də heç bir ölüm faktı qeydə alınmayıb".

A.Əliyeva qızılcaya yoluxan insanların bir müddət, yəni, təxminən, bir-iki ay keçdikdən sonra peyvənd olunmağını məsləhət görüb: "Bu peyvənd (GPM) uşaqlar üçündür. Çünki qızılca keçirdikdən sonra qazanılmış immunitet yaranır. Lakin peyvəndin tərkibində məxmərək və parasit əleyhinə təsiredici maddə olduğundan insanların, heç olmasa, sonradan bu iki infeksiyaya yoluxmaması üçün vaksin olunması məsləhətdir. Ümumiyyətlə, qızılca xəstəliyinə yoluxan insanın inkubasiya dövrü var. Bu da, təxminən, 21 gün çəkir. Əgər həmin şəxs kimdənsə bu xəstəliyə yoluxubsa, 10-14 gündən sonra onda kliniki əlamətlər başlayır. Bundan sonra 5 günlük müddətdə xəstəliyin əlamətləri müşahidə olunur. Bu zaman temperaturun artması, öskürək və ağızın selikli qişalarında ağ nöqtələrin yaranması müşahidə edilir. Sonrakı mərhələdə isə səpkilər (4-5 gün çəkir) başlayır. Səpkilər də başdan başlayır və ayağın altına qədər yayıla bilər. Ona görə də belə xəstələr başqasını yoluxdurmaması üçün insanlardan təcrid edilməlidir".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR