SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Bakı metropoliteni"ndə İLK

31-01-2019, 14:24 | Oxunub: 14 873 |

"Bakı metropoliteni"ndə İLK

Ötən ilin sentyabr ayında elan edilmiş və "Bakı Metropoliteni" QSC sosial əhəmiyyəti mühüm genişmiqyaslı layihənin həyata keçirilməsi istiqamətində ilk mühüm addımların atılmasına başlanılıb.

Emtv.az QSC-ə istinadən xəbər verir ki, bu layihəyə görə əlillərin və sağlamlığı məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları artırılaraq, bu nəqliyyat vasitəsindən onların imkanlarını məhdudlaşdıran maneələr aradan qaldırılacaq.

Məqsəd isə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsini təmin etməkdir.

Sirr deyil ki, Bakı metrosunda əlil arabaları ilə hərəkət etmək çox çətindir. Bu səbəbdən "Bakı Metropoliteni" QSC sədrinin tapşırığına əsasən, xüsusi işçi qrup yaradılaraq, vəziyyət təhlil olunub, araşdırma və müzakirələrin aparılaraq, beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.

Ötən müddət ərzində layihənin həyata keçirilməsi üçün bir sıra texniki məsələlər, tətbiq ediləcək qaydalar öyrənilib və Bakı metropoliteni üçün ən uyğun variant seçilib. Əlil arabasından metropolitendən istifadə etmək istəyən şəxs əvvəlcədən sifarişini verəcək və onu metropolitendə bu iş üçün ayrılmış işçi onu stansiyanın girişində qarşılayaraq, stansiyaya endirəcək sərnişin qatarla mənzil başına çataraq, stansiyanı tərk etməsi təmin olunacaq.

Bu işlərin yerinə yetirilməsi məqsədilə birinci mərhələdə stansiyalarda konstruktiv dəyişiklikliklər nəzərdə tutulmasa da, metropolitendə istismarı əksəriyyət təşki edilən 81-717/714 tipli vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Artıq bu yerlərin ilk nümunələri də baş vaqonların salonlarında quraşdırılıb. Qaydaya uyğun olaraq, hər baş vaqonun maşinist kabinəsinə yaxın hissəsində quraşdırılan bu yerlər bütün standartlara uyğun, ən əsası, vaqonların konstruksiyasının təməl prinsiplərinə xələl gətirilmədən quraşdırılır. Mərhələ ilə bu yerlər baş vaqonların hər birində quraşdırılacaq.

Əlillər və fiziki sağlamlığı məhdud insanlar əlil arabasında metropolitendən istifadə etmək üçün əvvəlcədən sifariş verə biləcək. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Əlil arabası istifadəçisi xüsusi ayrılmış telefon və ya internet vasitəsilə sifarişini verə biləcək. Sifariş əsasında o, metro stansiyasının girişində qarşılanacaq və mənzil başına çatdırılacaq. Sifariş üçün müasir texnologiyaların imkanlarından istifadə olunacaq. Bu məqsədlə xüsusi proqram işlənib və metropolitenin saytında yerləşdirilib. Əlil arabasında metropolitendən istifadə etmək istəyən sərnişinlər üçün xüsusi mobil əlavə hazırlanır. Bu proqramı yükləməklə sərnişinlərin sifariş imkanları da genişlənəcək.

Əlillərin metrodan istifadə rahatlığını təmin etmək məqsədilə texniki cəhətdən Bakı metropoliteninin mövcud infrastruktur tələblərinə cavab verən əlil arabası seçilərək gətirilib və ilkin sınaqları aparılıb. Bu məqsədlə ayrılmış işçilərin nəzəri və praktiki təlimləri, məşqləri keçirilib.

Artıq ilkin əyani sınaq da keçirilib. Könüllü olaraq, bu sınaqda iştirak edən Cəmilə Məmmədlinin iştirakı ilə bütün proses əyani təşkil edilib. Əlil arabasının qarşılanması, stansiyaya endirilməsi və qatarda mənzil başına çatdırılması prosesinin ilkin sınaqları uğurla aparılıb. Hazırda əldə olunmuş nəticələrin təhlili, təkmilləşdirilməsi, işçilərin təcrübəsinin artırılması üzərində işlər başlanılıb.

Bütün bunlar Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinin həyata keçirilməsində real addımların atıldığını əyani nümayiş etdirir. Yaxın vaxtlarda layihənin istifadəyə verilməsi ilə bağlı həlledici tədbirlərə başlanılacaq. Texniki məsələlərin əsas qismi həllini tapdıqdan sonra layihə ictimaiyyətə geniş şəkildə təqdim olunacaq.

Qeyd edək ki, metrodan əlillərin və fiziki imkanları məhdud istifadə etməsi məqsədilə silsilə addımlar atılır. Buna qədər görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülüb və ardıcıl olaraq genişləndirilir. Bu xüsusda Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılması qeyd oluna bilər.

Məlumat üçün onu da əlavə edək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR