SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Keçmiş məhkumlar 750 ədəd pivə çəlləyini oğurladılar

31-01-2019, 13:13 | Oxunub: 5248 |

Keçmiş məhkumlar 750 ədəd pivə çəlləyini oğurladılar

Abşeron rayonunda iki keçmiş məhkum boş pivə çəlləklərini oğurlayıb.

Emtv.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birindən daxil olmuş müraciətdə yanvarın 1-dən 29-dək olan müddətdə anbardan hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəlləyin oğurlandığı bildirilib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR