SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

 Qarındakı piyləri yandıran bitki çayları

28-01-2019, 12:20 | Oxunub: 9 424 |

  Qarındakı piyləri yandıran bitki çayları

Artıq çəkidən xilas olmaq və qarnınızdakı piyləri əritmək istəyirsiniz?

Emtv.az xəbər verir ki, qarnınızdakı artıq piylərdən qurtulmaq üçün təbii vasitələrdən faydalana bilərsiniz. Bunun üçün gün ərzində iki fincan bitki çayı içə bilərsiniz.

Təqdim etdiyimiz seçimlərdən istifadə edərək hər həftə müxtəlif bitki çaylarını içə bilərsiniz.

Darçın çayı

Aparılan araşdırmalar darçının qan şəkərini və insulini stabilləşdirdiyi göstərib. Gün ərzində iki fincan darçın çayı içərək iştahınızı tənzimləyib, qarın yağlarınızı əridə bilərsiniz.

Darçın çayının resepti

Bir ədəd quru darçın çubuğunu 1 stəkan suda vam odda qaynadaraq süzün. Çayınız hazırdır.

Qarın piylərini yandırmaq üçün bitki çaylarını günortadan sonra və axşam yeməyindən iki saat əvvəl içə bilərsiniz.

Yaşıl çay

Arıqlamaq istəyənlərin ən böyük köməkçisi yaşıl çaydır.

Yaşıl çayın tərkibindəki faydalı kofein və ekstraktlar yağları yandırır. Gün ərzində iki fincan içmək idealdır.

Yaşıl çay resepti

Bir fincan isti suya bir çay qaşığı yaşıl çay əlavə edərək beş dəqiqə dəmə qoyun. Daha sonra süzərək için.

Çayınızı daha da ləzzətli etmək üçün içinə mixək və ya portağal dilimi əlavə edə bilərsiniz.

Cirə çayı

Aparılan bir elmi araşdırmada cirə çayının bədəndəki yağları sürətlə yandırdığı görülüb. Hər gün iki fincan qəbul edərək artıq yağlarınızı yandırmağa başlaya bilrəsiniz.

Cirə çayı resepti

Bir çay qaşığı cirənin üzərinə 1 stəkan su əlavə edərək vam xodda qaynadın. Beş dəqiqə gözləyərək süzüb içə bilərsiniz.

Qarın piylərinizi əritməyə kömək edən bitki çaylarının istifadəsi

Qeyd etdiyimiz kimi, hər gün iki fincan günortadan sonra və axşam yemeyindən iki saat əvvəl içmək mütləqdir. Budan əlavə hər həftə çayları dəyişmək lazımdır. Məsələn, bu həftə yaşıl çay içmisinizsə, digər həftə darçın, daha sonra isə cirə çayı içərək daha yaxşı nəticə əldə edə bilərsiniz

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR