SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda “İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq

26-01-2019, 17:35 | Oxunub: 13 738 |



Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "İmadəddin Nəsimi - 650" adlı geniş kitab sərgisi açılacaq.

Emtv.az xəbər verir ki, kitabxanadan yerli mətbuata verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili" elan olunması haqqında imzaladığı müvafiq sərəncamlara əsasən təşkil ediləcək.

Sərgidə Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında işıq üzü görən elmi, publisist kitab və məqalələr nümayiş ediləcək.

Sərgi il ərzində ictimaiyyətə açıq olacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR