SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan dünyanın ən nüfuzlu ölkələrinin- REYTİNQİNDƏ

26-01-2019, 14:35 | Oxunub: 9 649 |

Azərbaycan dünyanın ən nüfuzlu ölkələrinin- REYTİNQİNDƏ

Dünyanın ən nüfuzlu ölkələri hansılardır? ABŞ-ın “US News” nəşri, “Wharton” və “BAV Group”un versiyasına görə, belə dövlətlər tez-tez xəbər başlıqlarında adı hallanan, siyasətdə müzakirə olunan, qlobal iqtisadi modellər yaradan ölkələrdir.

Bu ölkələrin xarici siyasəti və hərbi büdcəsini ekspertlər yaxından izləyir. Nüfuzlu ölkələr hər hansı vəd verəndə, onların bu vədi yerinə yetirəcəyinə inanmağa əsas olur.

Azərbaycanın da daxil olduğu dünyanın ən yaxşı 80 ölkəsi reytinqindən savayı “US News”, “Wharton” və “BAV Group” dünyanın ən nüfuzlu ölkələrinin siyahısını hazırlayıb.

Azərbaycan ötən ildə olduğu kimi siyahıda yer alır və 45-ci yerdə göstərilib. Azərbaycanın və aparıcı dövlətlərin reytinqdəki mövqeyi bir il ərzində dəyişib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ölkələrin nüfuz göstəricisi bir neçə parametr əsasında qiymətləndirilib: ölkənin lideri, iqtisadi imkanları, siyasi imkanları, beynəlxalq alyanslar, ordu,Birləşmiş Ştatlar dünyanın ən nüfuzlu ölkəsi kimi göstərilib. Belə ki, ABŞ ən böyük iqtisadi və hərbi büdcəyə malikdir.

İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin gəlir. Reytinqdə müvafiq ardıcıllıqla Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı yer alıb. İlk onluğu Cənubi Koreya tamamlayır.

Azərbaycanın qonşularına gəlincə İran 13-cü yerdə, Türkiyə 16-cı yerdə qərarlaşıb. Post-sovet məkanından, Belarus – 35-ci , Ukrayna 39-cu, Qazaxıstan 43-cü, Estoniya 80-ci, Latviya 79-cu yerdə göstərilib.

Qeyd edək ki, Ermənistan artıq 4 ildir ki, heç bir göstəricisinə görə, bu reytinqə düşə bilmir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR