SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Axtar Rəsulzadənin barelyefindəki səhv...

25-01-2019, 12:28 | Oxunub: 6 958 |

 Axtar Rəsulzadənin barelyefindəki səhv...

Azərbaycan Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən oğurlanan barelyefinin yerinə yenisi asılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ancaq yeni xatirə lövhəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, lövhənin üzərində ciddi nöqsana yol verilib.

Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə M. Rəsulzadə Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri kimi adlandırılıb.

Cümhuriyyətin adının mərmərdən hazırlanan xatirə lövhəsində yanlış qeyd edilməsi haqlı olaraq narazılıq yaradıb.

Yerli mətbuat məsələ ilə əlaqədar Novxanı bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən məsələdən xəbərdar olduqlarını bildiriblər. Ancaq sədr Şahin Tağıyev yerində olmadığından onunla danışmaq mümkün olmayıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR