SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Araq satanlar fevralı gözləyir

24-01-2019, 12:43 | Oxunub: 15 897 |

Araq satanlar fevralı gözləyir

Araqların qiymətində ötən ilin üçüncü rübündən başlayaraq, artımların baş verməsi nəzərə çarpır və pərakəndə ticarətçilər spirtli içkilərin qiymətində fevraldan yeni artım dalğasını gözləyirlər.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hələ 2018-ci ilin avqust-sentyabr aylarından başlayaraq spirtli içkilərin qiymətində bahalaşma müşahidə olunub.

Xüsusən araqların qiyməti qalxıb və bu, idxal edilən xarici araqların satışına da təsir göstərib. Fevral ayında gözlənilən bahalaşmanın səbəbi ilə bağlı pərakəndə ticarətçilər hələlik məlumatsız olduqlarını deyirlər.

Aksiz markası müəmması

Ümumilikdə, bu sektorda çalışan sahibkarlarla söhbətimizdən belə məlum oldu ki, spirtli içkilərin istehsalı lisenziyadan azad olunduqdan sonra bir neçə müəssisə yaradılıb. Bu müəssisələr vergi nəzarətindən və uçotundan kənarda qaldığından və üstəlik, “aksiz markasını fırlatdıqlarından” Azərbaycan bazarında ucuz içkilər peyda olmağa başlayıb. Hətta bəzən içkilərin qiyməti aksizin qiymətinə bərabər olurmuş.

Nəticədə, düzgün işləyən və düzgün aksiz vuran digər istehsalçılar rəqabətdə uduzur və iflas olmaq təhlükəsi ilə üzləşiblər. Məsələ burasındadır ki, qanuna əməl etməyən işbazlar dövriyyədən yayınmaqla yanaşı, daha baha qiymətə olan araq aksizi yerinə qablaşmaların üzərinə 20 dəfə daha ucuz şərab və hətta pivə aksizi belə vurublar. Aksizlər isə xarici görünüşünə görə fərqlənmədiyindən külli miqdarda qanunsuz qazanc götürüblər.

Araqda 3 dəfəlik artım, şərabda 2.5 dəfəlik düşmə

Əgər rəsmi qurumların məlumatlarını xatırlatsaq, sahibkarların bu sözlərində həqiqət olduğunu görərik. Yadınızdadırsa, 2018-ci ilin oktyabrında ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədə qanunsuz aksizlərlə bağlı ciddi məsələ qalxdı.

Bu sahədə açıqlanan son rəsmi məlumatlara görə, Vergilər Nazirliyi birbaşa müəssisələrdə aksiz postları qurandan sonra spirtli içkilərin dövriyyəsi birdən-birə 3 dəfə qalxdı. Maraqlı fakt odur ki, bu artımla yanaşı, şərab istehsalı üzrə rəqəmlər 2-2.5 dəfə düşdü. Ümumilikdə məhsul dövriyyəsi dəyişmədyi halda, arağın sayındakı artım dərhal şərabın sayındakı azalma ilə müşayət olundu, çünki şərab aksizini arağın üzərinə vurmağa imkan verilmədi.

Xatırladaq ki, arağın hər litrinə aksiz vergisinin qiyməti 2 manat, şərabın hər litrinə isə 10 qəpik təşkil edir. Ona görə də şərab istehsalının böyük rəqəmlərinin kölgəsində araq istehsalı da gizlənmişdi.

Təmiz işləmək tapşırığı

Ümumilikdə spirtli içkilərin qiymətində 10 faizlik bir artım var. Bu yaxınlarda isə vergilər naziri iri ticarət obyektlərinin rəhbərlərini görüşə çağıraraq, hamıya düzgün işləməyi, təmiz uçot aparmağı tapşırıb.

Ona görə də yaxın vaxtlarda statistik məlumatlarda hələ çox göstəricilərin dəyişdiyinin şahidi olacağıq. Bunun qiymətlərin artmasına təsiri ilə bağlı məlumatlar dolaşsa da, əmin olun ki, bu məlumatlarda ayrı-ayrı şəxslərin maraqları xüsusi rol oynayır.

Azərbaycanda mal, məhsulun düzgün uçot sisteminin yaranması və dövriyyənin şəffaflaşdırılması isə nəticə olaraq bütün vətəndaşlarımızın və ölkəmizin xeyrinədir.

Fevral gözləntisi

Bəs satıcılar nə deyir? Bir neçə marketdə apardığımız sorğu-sualdan belə məlum oldu ki, yerli araq istehsalçıları arasında yanvarın 1-dən bəzi brendlər üzrə qiyməti qaldıranlar var. Məsələn, “Baketnaya” markalı arağın 1 litri əvvəl 11 manat olduğu halda, indi 13 manatdır. Digər araqlar isə yay ayında bahalaşıb və hələlik qiymət artımı yoxdur. Bütün marketlərdə eşitdiyimiz eyni cümlə bu oldu:

“Qalxandan bəri onsuz da satışlara pis təsir edib. Deyiblər, fevraldan yenə qalxacaq. Görək, necə olur”.

Xatırladaq ki, fevral ayında aksiz vergisi ilə əlaqədar enerji içkilərinin qiymətlərində artım gözlənilir. Lakin aksizlə bağlı artımda spirtli içkilər bölməsinə rast gəlmədik.

Təklif: Aksizlər rənglə fərqlənsinlər

Onu da qeyd edək ki, spirtli məhsulların istehsalı Azərbaycanda böyük sahədir və burada böyük maraqlar var. Bu sahədə qayda-qanun yaratmaq üçün artıq bütün qurumlar səfərbər olub, hətta Qida Təhlükəsizliyi Agentliyi belə istehsalçılarla görüşüb.

Ümumiyyətlə, istehsalçılar arasında belə bir təkliflə çıxış edənlər var ki, süni qiymət artımı baş verməsin deyə, bu sahədə istehsalın maya dəyəri ilə bağlı təxmini hesablamalar aparılsın. Bundan başqa, aksiz markaları da rənglərinə görə fərqləndirilsin ki, aksizin qiymət fərqindən istifadə edənlər dərhal ifşa olunsunlar.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR