SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AzTV-də işdən çıxarılan maliyyə müdiri danışdı

23-01-2019, 16:42 | Oxunub: 10 075 |

AzTV-də işdən çıxarılan maliyyə müdiri danışdı

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlandığı xəbəri yayılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması ilə təmizləmələrə başlayıb.

Belə ki, teleradio şirkətinin maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifələrindən azad olunublar. Onların vəzifədə olduğu müddətdə həyata keçirdikləri bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.

Bununla bağlı musavat.com-a danışan Şahrza Əliyev könüllü şəkildə ərizə yazaraq, vəzifəsindən istefa verdiyini təsdiqlədi.

O, AzTV-də yeni rəhbərliyin təzə komanda yığdığını bildirib: “Mən də dedim ki, Allah xeyir versin, qardaş. Ərizəmi yazdım və xahiş etdim ki, tutduğum vəzifədən azad edəsiniz. Arif Alışanovla sentyabrdan işləyirdik, cəmi 4 ay işlədik”.

Ş.Əliyev bildirib ki, audit yoxlaması ilə bağlı yayılan xəbər yalandır: “Planlı yoxlama gözlənilirdi. Çünki 2-3 il yoxlama olmamışdı. Hesablama Palatasının planına daxil edilib. İndi yoxlama üçün 2 aya yoxsa, 3 aya gələrlər, bilmirəm. Yəni, mənimlə bağlı elə bir söhbət yoxdur. Sadəcə, dedilər ki, yeni komanda yığırıq, mən də söylədim ki, yeni heyətdə yoxamsa, gedirəm”.

Ş.Əliyev Təhsil Nazirliyində maliyyə şefi postundan çıxdıqdan sonra bir müddət özəl şirkətlərdə mühasib işlədiyini bildirdi: “Əlimizdə mühasibat sənəti var, iqtisad elmləri doktoruyam. Bizə həmişə ehtiyac var, iş tapılır. Mən mühasibatçı deyiləm, mühasibatçıların mühasibatçısıyam. Çünki elə-belə, orda-burda müdafiə etməmişəm. Akademik Azad Mirzəcanzadənin şəxsən əmri ilə təşkil edilmiş komissiyada müdafiə etmişəm. Bu günə qədər o işimlə həmişə fəxr edirəm ki, Kiyevdə, orda-burda yox, Azərbaycanda, görkəmli akademikimizin komissiyasında müdafiə etmişəm”.

A.Mirzəcanzadədən alimlik dərəcəsi almağın çətinliyindən danışan Ş.Əliyev qeyd etdi ki, bunun üçün yetərincə əmək verib: “Onunla vuruşa-vuruşa, yazdıqlarımı sübut edəndən, Azad müəllim işimi tam oxuyandan sonra nəhayət, məni müdafiəyə buraxdı”.

Ş.Əliyev AzTV-nin sabiq sədri Arif Alışanovla tələbəlik illərindən tanış olduğunu vurğuladı: “İndiki Dövlət İqtisad Universitetində (O zaman Xalq Təsərrüfatı İnstitutu – E.S) oxuyurduq. Eyni vaxtda təhsil almışıq. Sonra mən Təhsil Nazirliyində, Alışanov isə AzTV-də maliyyəyə rəhbərlik edib. Məni bir neçə dəfə dəvət eləmişdi, açığı, getmirdim. Sonra getdim ki, ona kömək eləyim. Nə etməli, qismətdir, 4 ay işlədik. Yeni planlarımız var idi. Amma bir daha təkrar edirəm ki, hər hansı təhlükə, şəxslimlə bağlı audit yoxlaması yoxdur. 2017-2018-ci illər üçün planlı yoxlama olmalıdır. Hər il büdcə təşkilatları yoxlanır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR