17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Rus telekanalında İrana şok: 35 milyon Azərbaycan türkünü... - FOTO
“Tehran hökuməti 35 milyon Azərbaycan türkünü ən adi hüquqlarından məhrum edib, onlara zülm edir”.
Emtv.az xarici mətbuata istinadən xəbər verir ki, bunu “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri və İsrail məsələləri üzrə ekspert Arye Qut Rusiya televiziyasına müsahibəsində deyib.
“Kanal 9”da danışan ekspert Güney Azərbaycan və İranda 35 milyonluq Azərbaycan türkünə qarşı edilən ayrı-seçkilikdən bəhs edib. İsrailin Suriyada İranın mövqelərinə hava hücumunu təhlil edib. O, Güney Azərbaycan məsələsinə də toxunub.
Qeyd edək ki, Arye Qut bundan əvvəl televiziya verilişlərində İranda qeyri-fars millətlərə tətbiq olunan ayrı-seçkilik siyasətinə işarə edəcəyini elan etmişdi.
Məlumat üçün bildirək ki, Arye Qut İsraildə “Azərbaycan beynəlxalq multikulturalizm mərkəzi”nin rəhbəridir. O, Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinə çatdırılması uğrunda fəaliyyət göstərir. Ekspert Bakıda anadan olub, onun Azərbaycanla bağlı onlarla məqaləsi İsrail qəzetlərində dərc olunub.
Zərifə Ələkbərova
Emtv.az