SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ürək ritminin pozulması

23-01-2019, 11:41 | Oxunub: 12 988 |

Ürək ritminin pozulması

Ürək ritminin pozulması və ya möhkəm döyünməsi - həyəcan doğuran narahat bir hissdir. Amma mütəxəssislər bildirirlər ki, bu cür halın səbəbi həmişə ürək xəstəliyi olmur.

Emtv.az xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi ürək döyünməsinin hansı hallarda ürək patologiyasından xəbər vermədiyini açıqlayır.

Normal halda insan ürək döyüntüsünü hiss etməməlidir.

Amma bəzən bu hal yaşanır ki, həkimlər onu ürək döyünməsi adlandırırlar. Bu zaman ürəkdə qeyri-ritmik döyünmələr və çırpınma hiss edilir.

Mütəxəssislər bildirirlər ki, bir çox hallarda döyünmələr ürək xəstəlikləri ilə əlaqəli deyil.

Hər bir insan vaxtaşırı olaraq bu cür vəziyyətə düşə bilər. Ürək sağlam olduqda bu heç bir təhlükə daşımır. Amma bu hal yanaşı olaraq digər əlamətlərlə uzun müddət davam edərsə, o zaman həkimə müraciət edilməlidir.

Ürək döyüntüləri ürəklə bağlı olmasa belə hansısa digər ciddi bir xəstəliyin əlaməti ola bilər. Buna görə də bu əlaməti görməzdən gəlmək olmaz.

Səbəbləri:

1)Stress. Bu amil ürək ritminin pozulmasının əsas səbəblərindəndir. Emosional zərbə, fiziki gərginlik və uzun müddətli həyəcan ürək döyünməsinə səbəb ola bilər.

2)Çox yorulma, yuxu pozulması da ürəyin işinə təsir göstərir.

3)Alkoqol. Spirtli içkilərdən həddən artıq istifadə ürək ritminin pozulmasına gətirib çıxarır. Həmçinin sinir sistemi oyadan qəhvə, cola, tünd çay kimi tonuslaşdırıcı içkilər, narkotik də sinir sistemini oyaradaq ürək əzələsinin sürətlə işləməsinə səbəb olur.

4)Ürək döyünməsinin səbəbi isti və bir sıra dərmanların təsiri də ola bilər. Bu dərmanlara allergiya əleyhinə olan həblər, kortikosteroidlər və damarları genişləndirən bir sıra preparatlar daxildir.

Ürək ritmini aşağıdakı xəstəliklər də poza bilər: anemiya, qalxanabənzər vəzin hiperfunksiyası, diabet, menopauza. Hormonal balansın pozulması, yüksək hərarət ürək əzələsinə düşən giziki gərginliyi artıraraq onun ritmini pozur. Həmçinin mədə və 12 barmaq bağırsaq, sinir xəstəlikləri və psixi pozğunluqlar da bu vəziyyətin yaranmasına səbəb olur.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR