SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıya 2 milyard avro ayrıldı: hara və necə xərclənəcək?

23-01-2019, 10:33 | Oxunub: 9 065 |

Bakıya 2 milyard avro ayrıldı: hara və necə xərclənəcək?

Xəbər verdiyimiz kimi, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Layihə çərçivəsində üçüncü ən böyük vəsait Azərbaycana ayrılıb – 2 milyard 78 milyon avro. Ayrılan vəsait nəzərdə tutulan infrastrukturların inkişafına necə təsir edəcək?

Emtv.az xəbər verir ki,bunu yerli mətbuata açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib, Avropa Birliyinin Azərbaycana vəsait ayırması ölkəmizdə infrastrukturun inkişafı baxımından çox vacibdir:“Ayrılan vəsait infrastrukturun inkişafı üçün istifadə olunacaq. Təbii ki, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi bu kontekstdən təqdirəlayiqdir. Çünki bu, bir tərəfdən ölkəyə valyutanın daxil olması, digər tərəfdən isə yeni iş yerlərinin yaradılması baxımından önəmlidir. Bu, həmçinin məşğulluğun təmin edilməsinə də müsbət təsir göstərəcək. Burada söhbət birmənalı şəkildə qeyri-neft sektorunda məşğulluğun təmin edilməsinin müsbət təsirlərindən gedir”.

İqtisadçının sözlərinə görə, bu qərar əsasən Azərbaycan-Avropa münasibətləri baxımından çox vacibdir:“Bildiyiniz kimi, Azərbaycan Avropanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi 15 milyard dollardır. Onun 11,2 milyard dolları Azərbaycanın payına düşür. Burada Gürcüstanın payı 2,7, Ermənistanın payı isə 1,1 milyard dollar təşkil edir. Azərbaycan Avropa Birliyi üçün bölgədə əsas ticarət tərəfdaşı olmaqla yanaşı, həm də enerji təhlükəsizliyinin formalaşmasında əsas tərəfdaşlardan biridir. Xüsusilə yeni vəsaitin ayrılması iki tərəf arasında əməkdaşlığın gücləndirilməsinə və ölkələrin birgə iqtisadi layihələr həyata keçirməsi üçün bir baza formalaşdırmasına kömək edəcək”.

İqtisadçı ekspert Rəşad Həsənov isə vurğulayıb ki, Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkə hazırda Avropa Birliyinin maraq dairəsindədir:“Xüsusilə də növbəti dövrlərdə bu ölkələrdə Avropa Birliyinin iqtisadi maraqlarının təmin edilməsi və qlobal iqtisadiyyata inteqrasiyası üçün davamlı olaraq texniki, siyasi, iqtisadi sahələrdə maliyyə dəstəyi təmin edilərək müxtəlif layihələr həyata keçirilir. Dünya Bankı ilə birgə növbəti 11 il ərzində maliyyələşdirilməsi nəzərdə tutulan 13 milyard avronun xərclənmə istiqamətlərinə baxsaq, burada əsas hədəfin yol infrastrukturunun təkmilləşdirilməsi olduğunu görərik. Böyük ehtimalla məqsəd Avropa Birliyi-Asiya arasında növbəti dövrlərdə hədəflənən ticarət əlaqələrinin genişləndirilməsi üçün infrastrukturun müasir tələblərə uyğunlaşdırılmasıdır”.

İqtisadçının sözlərinə görə, vəsaitləri ayrıldığı istiqamətlər baxımından qiymətləndirsək, kifayət qədər perspektivli layihələr üçün nəzərdə tutulduğunu aydın görmək olar:“Burada xüsusilə Ələt Azad İqtisadi Zonasını qeyd etmək yerinə düşərdi. Çünki Azərbaycan iqtisadiyyatının növbəti dövrlərdə müasir tələblərə uyğunlaşdırılması və xarici investisiyanın ölkəyə cəlbi baxımından Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti kifayət qədər böyükdür. Buradakı layihələrin maliyyələşdirilməsi prosesin daha da sürətlənməsinə gətirib çıxaracaq”.

İqtisadçı vurğulayıb ki, xarici mənbələr hesabına maliyyələşmənin həyata keçirilməsinin digər müsbət tərəfləri də var:“Ölkə iqtisadiyyatına müxtəlif maliyyə mənbələrindən investisiya qoyuluşları üçün imkan yaranacaq. Digər tərəfdən, Azərbaycanın tranzit imkanlarının daha da genişlənməsinə və bu sahədən ölkənin gəlirlərinin artmasına gətirib çıxaracaq. Bununla yanaşı, ölkənin regional iqtisadi əhəmiyyətini artırmaq və gələcəkdə Avropa Birliyi kimi iqtisadi güclə əməkdaşlığının, ticarət əlaqələrinin də genişlənməsinə şərait yaranır”.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR