SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qripdən qorunmaq üçün təbii üsullar

22-01-2019, 10:44 | Oxunub: 13 012 |

Qripdən qorunmaq üçün təbii üsullar

Bakteriyalardan fərqli olaraq viruslar öz formasını dəyişir və yeni bir şəkildə orqanizmə yol tapırlar. Həmin viruslar kəskin respirator infeksion xəstəlik olan qripin törədicisidirlər. Bu infeksion xəstəlikdən qorunmaq lazımdır. Buna görə viruslara qarşı mübarizədə orqanizmin interferonlarını dəyişərək mübarizə aparmaq daha düzgündür. Həm də xəstələnəndə yox, xəstələnməmişdən əvvəl viruslara qarşı mübarizə aparmaq, yəni profilaktika daha səmərəli yoldur.

Emtv.az xəbər verir ki, bu sözləri yerli mətbuata həkim-fitoterapevt Elnur Eldaroğlu deyib.

Qripdən qorunmaq üçün təbii antibiotiklərin qəbuluna üstünlük verilməli olduğunu söyləyən həkim bu sahədə bir neçə müalicəvi resept haqqında da məlumat verib: "20 qram vərəmum 100 qram spirtin içində sərin, quru və işıq düşməyən yerdə saxlanılır və süzülür. 1 yaşından yuxarı hər kəs həmin məhluldan istifadə edə bilər. 2 yaşdan 7 yaşa qədər uşaqlara 5 damcıdan 20-yə, 7 yaşından yuxarı uşaqlara 10 damcıdan 30 damcıya qədər vermək olar.

Böyüklərin isə yarım çay qaşığı vərəmumun spirtdə çıxarışımı 50 ml suya qarışdırılandan sonra gündə iki dəfə yeməkdən sonra qəbul etməsi məsləhətdir. Toz halına salınmış udi-hindi bitkisi 100 ml qaynar suda 10 dəqiqə saxlanılır, süzülür və içilir".

Onun dediyinə görə, rinitlər zamanı zeytun yağında saxlanılan udi-hindi bitkisinin tozu gündə 2 dəfə hərəsində 2 damcı burun dəliklərinə tökülür. Bundan başqa belə bir üsuldan da istifadə etmək olar: 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı çiçək tozu və 2 çay qaşığı cökə balı 200 ml ilıq suda qarışdırılaraq hər səhər 200 ml qəbul edilir".

Həkim-fitoterapevt qripdən qorunmaq üçün daha bir neçə xalq təbabəti üsulu təklif edib: "Qış aylarında qreypfrut şirəsi içmək angina olmaqdan qoruyur. Mədə-bağırsağa qıcıqlandırıcı təsir göstərməməsi üçün onun yeməkdən 2 saat sonra qəbul edilməsi məsləhət görülür.

Qripdən qorunmaq üçün ədviyyatlardan, xüsusilə sarıkökdən istifadə edilməsi də çox müsbət nəticələr verir. Məsələn, bərabər miqdarda zəncəfil, sarıkök və zəfəran götürülür, ilıq suda qarışdırılır və ayda 14 gün qəbul edilir. Fasilə verdikdən sonra yenidən 14 gün qəbul etmək olar.

Kələm məhsulları, xüsusilə brokkoli kələmindən istifadə etmək, hamiləlik zamanı cökə bitkisinin, eləcə də biyan və adaçayı dəmləməsi çox faydalıdır.

Çörəkotu toxumları suya, qatığa və ya bala qarışdırılaraq hər axşam qəbul edilir.

Qrip əlamətləri hiss olunanda və bəlğəmli öskürək zamanı adaçayı, gülümbahar, cökə və biyandan istifadə edilməsi məsləhətdir".

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR