SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda narkotacirə hökm oxundu - 10 İL

21-01-2019, 17:59 | Oxunub: 12 203 |

Azərbaycanda narkotacirə hökm oxundu - 10 İL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zabil Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ukraynada yaşamış Z.Mikayılov qardaşı oğlu Elvin Mikayılov, Yusif Əliyev və digərləri ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin Ukrayna ərazisində əldə edilməsini və Azərbaycana daşınmasını təşkil edib.

Mütəşəkkil dəstə yaradan Z.Mikayılov yuxarıda adları çəkilən şəxsləri həmin dəstəyə cəlb edib. Onların arasında Z.Mikayılovun qardaşı oğulları ilə yanaşı, qaynı Elnur Həsənov, qohumları Binnət və Qara Cəfərov qardaşları da var.

Z.Mikayılov dəstə üzvlərinin fəaliyyətlərini istiqamətləndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar göstərişlər verib, onlara rəhbərlik edib.

Ötən ilin fevral ayında dəstə üzvlərindən biri - Ə.Bayramov Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasına şübhəli bilinərək saxlanılıb. Məhz bundan sonra cinayətkar dəstənin digər üzvləri ifşa edilib. Onlardan ümumilikdə 24 kiloqram 500 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Cinayətin təşkilatçısı, əsas fiquru olan Z.Mikayılov, onun qardaşı oğulları Elvin və Nicat Mikayılovlar barəsində isə axtarış elan edilib.

Z.Mikayılov bu il həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Bayramov 10 il, Qara Cəfərov 9 il, Binnət Cəfərov 9 il, Loğman Muradov 9 il, Elnur Həsənov 9 il, Ranət Əsgərov 9 il, Vasif Məmmədov 9 il, Yusif Əliyev 8 il 6 ay, Bayram Əzimov və Oktay Mehdiyev hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, Ə.Bayramov 2017-ci ildə Penitenasiar Xidmətin Müalicə Müəssisəsində xəstəlikdən vəfat edib.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR