SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident fərmanı: Hansı institutlar birləşir?

19-01-2019, 10:48 | Oxunub: 13 085 |

 Prezident fərmanı: Hansı institutlar birləşir?

Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar qaçılmazdır. AMEA-da aparılan tədqiqatlar, yazılan elmi işlər çağdaş dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

Emtv.az xəbər verir ki,bu sözləri yerli mətbuata açıqlamasında alim, təhsil eksperti Etibar Əliyev Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki qurumların fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması ilə bağlı Fərmanı barədə danışarkən deyib. O bildirib ki, AMEA-da aparılacaq başlıca islahatlardan biri bəzi institutların birləşdirilməsi olmalıdır:“Bu Fərmanın islahatların daha səmərəli aparılmasına yardımçı olacağına inanıram. Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında funksionallığı bəlli olmayan institutlar və şöbələr yaradılıb. Akademiyanın bir neçə institutunun birləşdirilməsinə ehtiyac var. Məsələn, Ədəbiyyat İnstitutunun Dilçilik və Folklor İnstitutu ilə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarix İnstitutu ilə birləşməsi artıq zamanın tələbidir. Hələ Füzuli adına Əlyazmalar İnstitutu da var. Bundan başqa, Fizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu niyə ayrıca fəaliyyət göstərməlidir? Ayrıca Biofizika İnstitutu niyə olmalıdır?”

E.Əlievin sözlərinə görə, Akademiyanın institutlarında elmi tədqiqatların səmərəliliyinin artırılmasının mexanizmləri də işlənməlidir:“Fizika, riyaziyyat və texnika, kimya, biologiya və tibb elmləri yönümlü institutlardakı tədqiqatların əhəmiyyəti görünməlidir. AMEA sanki elmi dərəcələr verən bir məkana çevrilib. Buna görə də elmi tədqiqatların aktivlik indeksində bu qurumun yeri görünmür. Ötən əsrin 70-80-ci illərində AMEA-nın institutlarının elmə verdikləri töhfələr daha səmərəli xarakter daşıyırdı. Düşünürəm ki, Fərmanın icrası Akademiyada tədqiqatlar üçün yeni mühit yaradacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmanda Prezident Administrasiyasına İşçi Qrupun yaradılması və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR