17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Prezident fərmanı: sürücülər bundan sonra..
Yeni qaydalara əsasən, sürücülük vəsiqəsinin müddəti bitəndən sonra onu yalnız ASAN Xidmət mərkəzində dəyişmək mümkün olacaq.
Emtv.az xəbər verir ki,bu sozləri ötən gun Prezident İlham Əliyevin bir sıra dövlət qurumlarının səlahiyyətlərinin məhdudlaşdırılması haqqında imzaladığı fərmanı şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib.
“Artıq sürücülük vəsiqələrinin dəyişdirilməsi Daxili İşlər Nazirliyində, pasport qeydiyyat idarələrində və yaxud da Baş Dövlət Yol Polis idarələrində yerinə yetirilməyəcək. Vətəndaşlar vaxtı keçmiş sürücülük vəsiqələrini yalnız Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən ASAN Xidmət mərkəzlərində dəyişdirə bilərlər. Bundan başqa, Baş Dövlət Yol Polis İdarəsi bir müddət əvvəl beynəlxalq standartlara uyğun yeni sürücülük vəsiqəsinin verilməsi ilə bağlı məlumat yaymışdı. Artıq bunu da ASAN Xidmət mərkəzi həyata keçirəcək”, - ekspert bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılması ləğv edilib. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib.
Nəzrin Abbaszadə
Emtv.az