SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb

18-01-2019, 13:07 | Oxunub: 13 468 |

Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb

Azərbaycanda tək-tək hallarda qızılcaya yoluxma halları aşkarlanıb, yoluxma hallarının çox payı isə Bakıya düşüb.

Emtv.az xəbər verir ki,bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Qonşu ölkə Gürcüstanda yanvarın 1-dən sonra qızılcaya 312 yoluxma hadisəsinin qeydə alındığını xatırladan mərkəz rəsmisi qeyd edib ki, ölkədə səpkili xəstələrdən alınan müayinə materialları (qan) Taun Əleyhinə Stansiyada yoxlanılıb:"Noyabrın sonlarından indiyədək götürülən müayinə materialları nəticəsində tək-tək hallarda böyük yaşlı əhali arasında qızılcaya şübhəli xəstələr aşkarlanıb. Bu hal uşaqlar arasında da cox az sayda qeydə alınıb. Şübhəli xəstələrdən götürülmüş laborator müayinələr nəticəsində tək-tək hallarda əsasən, böyüklər arasında qızılcaya yoluxma öz təsdiqini tapıb".

RGEM rəsmisi bildirib ki, qızılcaya yoluxan insanlar vaxtilə yaşına görə peyvənd olunmayan insanlardır:"Bu xəstəliyin profilaktikası əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir. Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Nəzərə almaq lazımdır ki, hazırda Avropanın bütün ölkələrində, bizimlə həmsərhəd olan ölkələrdə qızılca xəstələrinin sayı həddindən artıq çoxdur".

Azərbaycanda qeydə alınan qızılcanın Gürcüstandan Azərbaycana keçmə ehtimalına gəldikdə isə, A.Əliyeva qeyd edib ki, yoluxma hallarının ölkəyə gətirilmə hal olduğu ehtimal edilir:

"İnsanlar bəzən tam məlumatı vermək istəmirlər. Ancaq məlumatı tam verməsələr də bildirirlər ki, Gürcüstanla əlaqələri var. Biz hesab edirik ki, xəstəlik Gürcüstandan gətirilib. Aydındır ki, hər bir yoluxan xəstənin Gürcüstanla əlaqəsi ola bilməz. Amma nəzərə alınmalıdır ki, xəstəliyi adətən, ilk dəfə 1-2 nəfər gətirir, ondan sonra isə xəstəlik digər insanlara keçərək yayılır".

Mərkəzin direktor müavini bunu da əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınmışdı. Həmin ilin iyul ayından sonra isə Azərbaycanda qızılcaya yoluxma baş verməmişdi.

A.Əliyeva bildirib ki, hazırda Azərbaycanda tibb müəssisələri tərəfindən səpkili xəstələrin aşkar olunması, onların laborator müayinələrə cəlb olunması üçün epidemioloji nəzarət aparılır.

Xatırladaq ki, ötən il Gürcüstanda qızılcaya 2000-2200 yoluxma halı olub. Bu il isə yoluxma hallarının sayı 312 olub. Qızılcaya yoluxma halları ən çox Kaxeti və İmereti bölgələrində qeydə alınıb. Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR