17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Teatr, kino və efir məkanında tütün qadağası ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər
Gələcəkdə “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunda teatrda, kinoda, efir məkanında bu məsələnin məhdudlaşdırılmasının hüdudları ilə bağlı dəqiq parametrlər müəyyənləşdirilə bilər.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ötən sessiyada “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı müzakirələr keçirilib: “Bununla bağlı bizim çox ciddi düzəlişlərimiz var. Bunlar ilkin mərhələdə müzakirə də edilərək onun qəbul edilməsi ilə bağlı qərar da qəbul edilmişdi. Sonra subyektiv mülahizələrə görə onlar kənara qoyuldu. Düşünürəm ki, o məsələlərə yenidən qayıdılacaq. Burada təklif edilən dəyişikliklər obyektiv səbəblərdən irəli gəlirdi, real vəziyyəti əks etdirirdi. Məsələlərə daha realist yanaşmaq lazımdır, sonradan ortaya çıxan məsələlər nəzərə alınmalıdır”.
Zərifə Ələkbərova
Emtv.az