SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək.

16-01-2019, 20:36 | Oxunub: 7380 |

 “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il keçir.

Həmin hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

EMTV.az xəbər verir ki, yanvar ayının 19-da saat-01-00-da “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək.

“Azərbaycanın Səsi” İctimai Birliyinin üzvləri, eləcə də tədbirə qatılacaq tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, dövlət qurumlarının təmsilçiləri, ictimai birlik rəhbərləri, ictimaiyyət nümayəndələri tədbirin gedişində Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Bundan sonra tədbir “EsmaMedia TV” internet kanalının studiyasında davam etdiriləcək.

Burada xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda öz qanlarını tökmüş, canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ruhuna məşədi Faiq Əhmədovun təşəbbüsü ilə ehsan süfrəsi açılacaq.

Tədbirə qatılmaq istəyənlər bizimlə əlaqə saxlaya bilərlər.

Hörmətlə: "Azərbaycanın Səsi" ictimai birliyinin ictimaiətlə əlaqələr
şöbəsinin müdri Zərifə xanım ƏLƏKBƏROVA.

Emtv.az

 “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri məşədi Faiq Əhmədovun təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR