SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show”

16-01-2019, 17:38 | Oxunub: 11 001 |

Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show”

Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək bənzərsiz İtaliya layihəsi olan "Celentano Tribute Show" nümayiş etdiriləcək.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bütün dünyada trend olan "Celentano Tribute Show" fevralın 13-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.

Əfsanəvi Adriano Çelentanonun ən sevimli xitləri və performansları Mauritsio Şveyzerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Mauritsi Şveyzer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun "rəsmi əkiz"idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.

"Celentano Tribute Show" öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Mauritsio Şveyzerin səhnə obrazına yetirilir.

İstedadı və böyük əməyi sayəsində Mauritsio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. "Celentano Tribute Show" bir çox ölkələrdə konsert proqramları ilə tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın "Crocus City Hall" konsert zalında keçirilən unudulmaz şouları qeyd etmək olar.

Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Moldova və s. ölkələrdə uğur qazanan şou Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR