SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Elə bələdiyyələr var ki, binasının qapısını hörümçək toru bağlayıb”-İcra başçısı

16-01-2019, 13:34 | Oxunub: 13 067 |

“Elə bələdiyyələr var ki, binasının qapısını hörümçək toru bağlayıb”-İcra başçısı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bəzi bələdiyyələrin fəaliyyətini tənqid edib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, o, bələdiyyə sədrlərini fəaliyyətsizlikdə ittiham edib.

"Elə bələdiyyələr var ki, işçilərinin əyləşdiyi binanın qapısını hörümçək toru bağlayıb", - İ.Mustafayev vurğulayıb.

İcra başçısı əlilliyə görə pensiya alanlarla da bağlı narahatlığını ifadə edib: "Necə ola bilər ki, 16 min nəfər pensiyaçının 7 min nəfəri əlilliyə görə pensiya alır. Görünür, bu işdə müəyyən neqativ məqamlar olub. Biz bütün bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq".

İcra başçısı əlavə edib ki, sağlam ailələrin qayğısına qalmaq, boşanmaların qarşısını almağa çalışmaq lazımdır: "Təəssüf ki, bu sahədə Gədəbəy kimi bir dağ rayonunda statistika ürəkaçan deyil və bu bizi narahat etməlidir".

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin avqustun 28-də imzaladığı sərəncama əsasən, İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR