SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bu, cinayət hadisəsidir...

16-01-2019, 10:46 | Oxunub: 6 498 |

Bu, cinayət hadisəsidir...

Ötən gün Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefin oğurlanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir. Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı sözügedən ev isə uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.

Abşeron Rayon İcra Hakimiyyətindən yerli mətbuata bildirib ki,bu oğurluq cinayət hadisəsidir. Ona görə də bu məsələ polis orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə telefon zənginə cavab vermədiyindən məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilmədik.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR