SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

15-01-2019, 13:58 | Oxunub: 11 314 |

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

İran, Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata müsahibəsində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir qeyd edib ki, İran və Azərbaycan arasında birgə film çəkilişi də nəzərdə tutulur: "Eyni zamanda, İran, Azərbaycan və Türkiyə arasında tanınmış aktyorların iştirakı ilə birgə seriallar çəkiləcək. Azərbaycan tərəfi bu məsələ ilə bağlı razılığını verib və müvafiq işlər aparılır".

İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışan diplomat bildirib ki, 2018-ci ilin iyun ayında İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi Azərbaycana səfər edib:"Həm Bakıda, həm də Gəncədə İran mədəniyyəti günləri keçirilib. İranın aparıcı kinorejissorlarından biri Məcid Məcidi Azərbaycana gəlib, Azərbaycanın kino sahəsinin mütəxəssisləri ilə görüşləri olub. Bundan başqa, Fərabi Kino Fondunun icraçı direktoru Əlirza Tabeş də Azərbaycana səfər edib, görüşlər keçirib, kino sahəsində müqavilələr imzalanıb. Həmçinin İranın teatr, xalça, musiqi, rəssamlıq və xəttatlıq sahələrində fəaliyyət göstərən tanınmış şəxsləri Azərbaycana gəliblər".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR