SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ağ göbələk qocalmanı ləngidirmiş

14-01-2019, 17:30 | Oxunub: 3280 |

Ağ göbələk qocalmanı ləngidirmiş

Ağ göbələklərdə insan orqanizmində qocalma prosesini ləngidən maddələr var.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki,ABŞ-ın Pensilvaniya Universitetinin alimləri bu nəticəyə gəliblər.

Amerikalı alimlərin tədqiqatları göstərir ki, ağ göbələk orqanizmdə öz-özünə əmələ gələ bilməyən antioksidant ergotionein amin turşusunun mənbəyidir.

İnsan bu maddəni ancaq qidadan alır. Digər ərzaqlarla müqayisədə isə ağ göbələkdə ergotioneinin miqdarı 10 dəfə çoxdur.

Bundan əlavə, göbələkdə daha bir vacib antioksidant olan qlutation var.

Antioksidant maddələr, hüceyrələrdə azad radikallar daxil olmaqla, oksigenin fəal formalarının səviyyəsinə nəzarət etmək xüsusiyyətinə malikdir. Bunun sayəsində onlar DNK, yaşamaq üçün lazım olan molekullar və hüceyrə membranların zədələnməsinin qarşısını alır.

Qocalma prosesi məhz bu zədələnmələr, dağıntılar nəticəsində baş verir. Beləliklə, antioksidantların müdafiə fəaliyyəti qocalmanı ləngidir.

Alimlər bildirirlər ki, ağ göbələklərin tərkibində mühüm qidalandırıcı maddələr olan selen, D vitamini, qlutation və ergotionein var. Bunlar hamısı turşulanma stressini zəiflədən antioksidant kimi təsir edir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR