SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanla Türkiyə arasında yeni razılıq əldə olunub

14-01-2019, 16:46 | Oxunub: 3362 |

Azərbaycanla Türkiyə arasında yeni razılıq əldə olunub

Ankarada Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair görüş keçirilib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Başkanlığında təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq həyata keçirilib.

Görüşdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak edib.

Görüş zamanı Türkiyənin təmsil olunan şirkətlərinin fəaliyyətləri ilə bağlı təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edilib.

Sonda iclasın yekununa dair protokol imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyətini Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir qəbul edib.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR