SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Maşınlardan oğurluq edən şəxsin etirafları

14-01-2019, 16:33 | Oxunub: 2788 |

Maşınlardan oğurluq edən şəxsin etirafları

Paytaxtın Xətai Rayonu Polis İdarəsinin əməkdaşları rayon ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalovu saxlayıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, araşdırmalar zamanı onun ötən ilin noyabr, dekabr aylarında "Hyundai" və "BMW" markalı iki avtomobilin şüşəsini sındıraraq salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan noutbuk oğurladığı məlum olub.

M.Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müşfiq Zeynalov - saxlanılan şəxs: "Maşınlara daxil olmuşam. Pul axtarırdım, tapanda pul, tapmayanda qızıl-zinət əşayaları axtarırdım. Çıxanda çıxırdı, çıxmayanda heç nə çıxmırdı".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR