SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gündə nə qədər su içməliyik

14-01-2019, 10:59 | Oxunub: 8 136 |

Gündə nə qədər su içməliyik

Metabolik cərrahiyyə mütəxəssisi Gurdal Ören suyun bədən üçün əhəmiyyətindən danışıb və gündə nə qədər su içmək lazım olduğu barədə məlumat verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, türkiyəli həkim bütün bədənin və hüceyrələrin sudan ibarət olduğunu deyib.

"Lakin günün böyük əksəriyyətini evdə keçirən xanımla mədən işçisinin su ehtiyacı eyni ola bilərmi? Yaxud da gəzə bilməyən, bütün gününü yataraq keçirmək məcburiyyətində qalan bir xəstə ilə məktəbə və ya işə saatlarla gedən birinin? Təxmin edirəm ki, suala cavabımız eynidir. Əlbəttə ki, müxtəlif həyat tərzi sürən insanların su ehtiyacı eyni ola bilməz.

Həyat tərzi fərqlidirsə, ehtiyac da fərqlidir. Ancaq burada tək səbəb hərəkətli və ya hərəkətsiz həyat tərzi deyil. Elmi tədqiqatlar göstərib ki, bədənin lazım olduğundan su qəbul etməsinin heç bir faydası yoxdur. Biz gün ərzində yalnız tərləmə yolu ilə orta hesabla yarım litr su itiririk. Nəfəs verərkən belə, ağız və burnunuzdan çıxan havayla gündə orta hesabla 237 millilitr su itiririk. Sidik və nəcis yolu ilə də hər gün 1.4 litr suyu çölə atırıq. Bu da təxminən 2 litrə bərabərdir. Bədənin gündəlik suya ehtiyacı 2 litrdən çox olmalı deyil".

Gürdal Örenin sözlərinə görə, meyvə və tərəvəzlərdə olan su bədənin su ehtiyacının bir hissəsini ödəyir: "Xiyar, pomidor, alma, ərik, əncir, qovun, portağal, qarpız, hətta bananların, demək olar ki, 90 faizi sudur. Odur ki, xərclədiyimiz qədər su içmək kifayətdir".

Cərrah bir çox mütəxəssisin "Arıqlamaq üçün bol su için" formulunu yalan adlandırıb:"Çox kök insanlar az su içdikləri üçün bu vəziyyətdədir? Yaxud da ətrafınızda gündə, sadəcə, bir stəkan su içdiyini deyən insanların hamısı kökdür? Əlbəttə ki, xeyr. Yəni tək həll yolu yalnız su içmək deyil, kalori qəbulunu azaltmaq və daha çox kalori yandırmaq lazımdır. Mədə, bağırsaq və böyrək, dəri və saç sağlamlığı üçün su, əlbəttə ki, faydalıdır. Ancaq köklük problemini, sadəcə, su ilə əlaqələndirmək doğru deyil. Arıqlamaq üçün hər gün sağlam qidalanmaq, faydalı qidalar qəbul etmək, hərəkət etmək əsasdır".

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR