SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azyaşlılara siqaret satanlar cərimələndi

12-01-2019, 15:49 | Oxunub: 2788 |

Azyaşlılara siqaret satanlar cərimələndi

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir.

Emtv.az DİN-ə istinadən xəbər verir ki, növbəti belə tədbir Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Aparılan müşahidələr zamanı rayon ərazisində azyaşlılara tütün məmulatı satan bir neçə mağaza və köşk aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri , rayon sakinləri – Əfqan Cəfərov, Elvin Əhmədov, Nizami Osmanov, Teymur Müzəffərov, Əfiqə Vəliyeva, Samir Qaffarov və Yunis Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2 –ci maddəsi ( Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR