SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycandan ATƏT-ə sədrlik edən Slovakiya ilə bağlı BƏYƏNAT

12-01-2019, 15:10 | Oxunub: 3034 |

Azərbaycandan ATƏT-ə sədrlik edən Slovakiya ilə bağlı BƏYƏNAT

Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-də Daimi nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir: "ATƏT regionunda mövcud münaqişələr sülh və təhlükəsizlik üçün böyük təhdiddir. Bu münaqişələr nəticəsində yaranan problemlər üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin möhkəmliyi əsasında həll olunması üçün ardıcıl səylər tələb edir".

Sənəddə daha sonra deyilir ki, çoxtərəfli təhdid və çətinliklər fonunda səmərəli çoxtərəfli əməkdaşlığa yardım ümumi öhdəliyə çevrilməlidir və Azərbaycan bu məsələnin prioritetlərin arasına daxil olmasını alqışlayır.

Bundan başqa, bəyanatda Slovakiyanın tolerantlığı möhkəmləndirmək, radikallaşmanın və zorakı ekstremizmin qarşısını almaq üçün ATƏT-in vasitələrindən istifadə etmək niyyətlərinə dəstək ifadə olunub.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR