SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Avropa donur

12-01-2019, 13:38 | Oxunub: 2993 |

Avropa donur

Avstriya və Almaniyada soyuq havalar davam edir. Güclü qar səbəbindən avtomobil yollarında tıxaclar yaranıb, dəmiryol nəqliyyatının işində böyük fasilələr müşahidə olunur, məktəblər və uşaq bağçaları bağlanıb.

Emtv.az xarici KİV-ə istinadən bildirir ki, avstriyalı metereoloqların dediklərinə görə, belə qar, çovğun və boranlar son 100 ildə ölkədə müşahildə olunmamışdı.

İsveçdə, ölkənin şimal rayonlarında boranlar tüğyan edir. Balkan yarımadasında güclü qar elektrik enerjisi ilə təminatda problemlər yaradıb.

Güclü qar və soyuq havalar Avropada artıq 21 nəfərin ölümünə səbəb olub.

Almaniyanın Bavariya bölgəsində vəziyyət xüsusilə ağırdır. Həyat faktiki olaraq "iflic" durumundadır.

Bavriyanın cənubunda və şərqində dəmiryol nəqliyyatı dayanıb. Avstriya ilə sərhədin yaxınlığındakı Bertehsqadendə yollardə hərəkət yasaqlanıb.

İsveçrədəki Santis-Şveqaop kurortundakı "Şveqalp" otelini qar basıb

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR