SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

1 günə 25 kq narkotik dövriyyədən çıxarıldı

12-01-2019, 12:52 | Oxunub: 3608 |

1 günə 25 kq narkotik dövriyyədən çıxarıldı

Ötən gün daxili işlər orqanları tərəfindən ümumi çəkisi 25 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Emtv.az xəbər verir ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Novruzovdan 16,1 kiloqram marixuana götürülüb.

Artıq məlumat verdiyimiz kimi, Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəfayel Babayevin evində də 7 kiloqram 23,5 qram tiryək aşkarlanıb.

Bundan başqa, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əhmədovdan isə 1 kiloqram 15,2 qram həşiş, Beyləqan RPŞ-nin əməkdaşları rayon sakinləri Valeh Alışovdan 620 qram, Əlizamin Məmişovdan 405 qram marixuana, Hacıqabul RPŞ-nin əməkdaşları Qubalıbaloğlan kənd sakini İsmət ismayılovdan 1, 427 qram heroin və 480 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR