SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Dəyişdirməyə ehtiyac olmayan yara sarğıları icad edilib

11-01-2019, 17:29 | Oxunub: 9 683 |

 Dəyişdirməyə ehtiyac olmayan yara sarğıları icad edilib

Rusiyanın Milli Texnoloji Tədqiqatlar Universitetinin alimləri çexiyalı həmkarları ilə birgə dəyişdirilməyə ehtiyacı olmayan antibakterial yara sarğıları icad ediblər.

Emtv.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Məlumdur ki, yanıq və kəsik kimi dəri zədələnmələrinin müalicəsində antiseptik vasitələrdən və antibiotiklərdən istifadə olunur, eləcə də yaranın üzərindəki sarğılar müntəzəm dəyişdirilir. Lakin bu müalicə yan təsirlərə malik olmaqla yanaşı (məsələn, antibiotiklər yalnız ziyanlı deyil, faydalı bakteriyaları da öldürür), çox vaxt ağrılı olur: sarğı dəyişdirilən zaman dərinin təzə-təzə sağalmağa başlayan üst qatı qopur, ağrı və qanama baş verir. Alimlərin icad etdiyi yeni sarğı materialı isə iltihab ocağına lokal təsir göstərə bilir, üstəlik dəyişdirməyə də gərək qalmır. Çünki sarğı tərkibindəki antibiotiki yaraya buraxır, antibiotik zamanla dəri tərəfindən sorulur. Hətta yeni sarğıya ehtiyac olduqda belə, onu köhnə sarğının üstündən bağlamaq mümkündür.

Məlumatda qeyd olunur ki, yeni icad olunan materialdan yalnız dərinin deyil, sümüyün osteoporoz və osteomielit kimi xəstəliklərinin müalicəsində də istifadə edilə bilər.

Hazırda alimlər sarğı materialının daha da təkmilləşdirilməsi üzərində iş aparırlar. Onlar materialın tərkibinə ciprofloxacin kimi digər antibiotikləri də əlavə etməyi planlaşdırırlar.

Bu, yeni nəsil antibiotikidir və bakteriya növlərinin əksəriyyəti hələ ki, ona qarşı əks təsir göstərməyib.

Bundan başqa, bir neçə qatdan ibarət (antibiotik, yaranın üzərindəki qan laxtalanmasını azaltmaq üçün heparin və yenə antibiotik qatı) nümunələr hesabına materialın effektivliyini artırmaq da nəzərdə tutulur.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR