SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib

11-01-2019, 16:06 | Oxunub: 11 540 |

Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib

Beyləqan rayonu Şərq qəsəbə sakinləri bələdiyyə sədrindən şikayətçidirlər.

Emtv.az xəbər verir ki, yerli mətbuata müraciət edən 20-dən çox sakin bildirib ki, bələdiyyə sədri Vaqif Quliyev qəsəbədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş idman meydançasının ərazisini satıb: "Həmin yerdə məscid tikilməsi nəzərdə tutulmuşdu, amma indi sədrin qohumu orada ev tikir. Seçildiyi dövr ərzində əhaliyə heç bir hesabat verməyib, özbaşına qərarlar verərək torpaq vergisi adı ilə kəndlilərdən aldığı pulların heç birinə qəbz vermədən mənimsəyib. Vaqif Quliyev həm də kənd üzrə baytar işləyir və dövlətin süni mayalanma yolu ilə alınmış hər buzova görə ayırdığı subsidiyaları qohumlarının və öz adına yazaraq mənimsəyir".

Məsələdə ittiham olunan Vaqif Quliyev qafqazinfo-ya açıqlamasında sakinlərin iddialarını təkzib edib: "Həmin ərazini satmamışam, qardaşıma vermişəm. Qardaşım Vidadi Quliyev 1-ci qrup əlildir, işləyə bilmir. Evi var, amma "zdaniya"da yaşadığı üçün ona həyət evi tikirik. Qardaşıma verilən həyət stadiondan 25-30 metr aralıdır. Orada məscid üçün də yer qalıb, amma məscidlə bağlı məsələyə mən qərar vermirəm".

V.Quliyev digər iddiaları da yalan adlandırıb: "Dövlət var, idarələr var. Subsidiyaları Maliyyə Nazirliyi ayırır, dövlət hər şeyə nəzarət edir. Mənim, sadəcə, süni mayalanma aparatım var, istəyən olanda istifadə edirik".

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR