SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Taksi sürücüsü özünü yandırdı

11-01-2019, 12:57 | Oxunub: 3034 |

Taksi sürücüsü özünü yandırdı


Sürücü "Uber", "Taxify" tipli taksi şirkətlərinə etiraz etmək məqsədilə intihar edib.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyada 64 yaşlı kişi "T Carpool" adlanan onlayn taksi şirkətinə etiraz etmək üçün avtomobilinin içərisində özünü yandırıb.

Soyadı mətbuatda Im olaraq keçən kişi şüuru özündə olduğu halda xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

O, ucuz qiymətə taksi xidməti təklif edən "T Carpool"a etiraz etdiyini bildirib və intihar məktubu da yazıb.

Qeyd edək ki, Cənubi Koreyada dekabr ayında da buna bənzər hadisə baş verib. 57 yaşlı taksi sürücüsü 2018-ci ilin dekabrında internet vasitəsi ilə xidmət göstərən taksi şirkətinə etiraz etmək üçün özünü yandırıb.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR