SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

11-01-2019, 12:22 | Oxunub: 2952 |

Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Fransanın şərqində qəzaya uğrayan "Mirage 2000D" qırıcı təyyarənin hər iki pilotu həlak olub.

Emt.az-ın verdiyi məlumata görə, bu barədə Fransanın medafiə naziri Florans Parli bildirib.

Müdafiə Nazirliyi hər iki pilotun - kapitan Batist Şiryenin və qadın-leytenant Odri Mişlonun - öldüyünü təsdiq edib.

Müdafiə naziri həlak olan pilotların ailələrinə başsağlığı verib. İnsidentin təfərrüatları araşdırılır.

Qeyd edək ki, qırıcı təyyarə ilə əlaqə yanvarın 9-u kəsilib. Daha sonra təyyarənin qalıqları və pilotlardan birinin paraşutu tapılıb.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR