SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ötən il 85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib

11-01-2019, 12:17 | Oxunub: 2993 |

Ötən il 85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib

2018-ci ildə 85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov bildirib ki, vətəndaşlığın itirilməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib.

Xidmət rəisi, həmçinin 2018-ci ildə quruma işə götürülənlərin sayını açıqlayıb.

V.Hüseynov bildirib ki, yeni işçilərin götürülməsi ilə bağlı 2 müsabiqə keçirilib: "Onlardan biri kiçik heyətə əməkdaşların qəbul edilməsi, 2-cisi isə orta rütbəli heyətə işçilərin qəbul edilməsi ilə bağlı olub.

1-ci müsabiqə üzrə 9 yeni əməkdaş artıq qəbul edilib, 2-ci müsabiqə üzrə isə test mərhələsi başa çatıb və hazırda müsahibə mərhələsi davam edir. Bu müsabiqədə də 14 yeni əməkdaşın işə qəbulu nəzərdə tutulur".

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR