SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Renta Car”ın sahibinin gecə "əyləncə"si faciə ilə bitdi

11-01-2019, 10:53 | Oxunub: 3280 |

“Renta Car”ın sahibinin gecə "əyləncə"si faciə ilə bitdi

Səhər saat 05:30 radələrində paytaxtın Binəqədi rayonu, Eldar Babayev küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, "Niva" markalı, 10 MP 109 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mustafayev Həmzə Şəadət oğlu maşını içkili vəziyyətdə divara çırpıb.

Sürücü paytaxt küçələrində təhlükəli manevrlər edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, yol patrul xidmətinin "Dayan" əmrinə tabe olmayaraq, sürət həddini aşıb.

H.Mustafayev və maşında olan Ramin Tağıyev təcili olaraq 1 sayılı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

H.Mustafayevin çənəsi sınıb, R.Tağıyevə isə sifətin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Vəziyyətləri orta-ağırdır.

Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, "Niva"nın sürücüsü Həmzə Mustafayev "Renta Car"ın sahibidir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR