SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İraqda tanınmış jurnalist güllələnərək öldürüldü – Cəsədi yol kənarında tapıldı - Fotolar

10-01-2019, 19:10 | Oxunub: 3362 |

 İraqda tanınmış jurnalist güllələnərək öldürüldü – Cəsədi yol kənarında tapıldı - Fotolar

İraqın Alhurra TV telekanalının foto müxbiri Samr Əli Şekara güllələnərək öldürülüb.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata İraq Daxili İşlər Nazirliyinin rəsmisi Hatəm Cabiri məlumat yayıb.

Şekaranın cəsədinin təhlükəsizlik qüvvələritərəfindən paytaxt Bağdadın qərbində yol kənarında tapıldığını bildirən Cabiri, jurnalistin bədənində güllə izləri aşkar edildiyini qeyd edib.

DİN rəsmisi hadisə ilə bağlı istintaq açıldığını deyib.

Samr Əli Şekara ABŞ tərəfindən maliyyələşdirilən Alhurra TV-də foto müxbiri vəzifəsində işləyirdi.

Aysu Əliyeva
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR