SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Hindistanda timsahın dəfn mərasiminə 500 nəfər qatıldı

10-01-2019, 18:33 | Oxunub: 2624 |

Hindistanda timsahın dəfn mərasiminə 500 nəfər qatıldı

Hindistanda ölən timsahın dəfn mərasiminə 500-dən çox adam toplaşıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə “Hindustan Tayms” məlumat yayıb.

Məlumatda bildirilib ki, 130 yaşında ölən “Qanqaram” adlı timsah üçün təntənəli mərasim təşkil olunub. Onu dəfn etməyə traktorla aparıblar, qəbrinin üstü müxtəlif güllərlə bəzədiib.

Sakinlər bildirib ki, timsah onlarla hər zaman dostcasına davranıb.

“Hətta uşaqlar da onun yanında üzə bilirdi və Qanqaram heç kimə ziyan vurmurdu. O timsah deyildi, əsl dost idi”, – sakinlərdən biri deyib.

Sakinlərin timsah üçün gələcəkdə heykəl də qoyacağı bildirilib.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR