SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Yəməndə Səudiyyə Ərəbistanı hərbi bazasına terror hücumu: Baş qərargah rəisi, müavini, kəşfiyyat rəisi yaralandı – Ölənlər var

10-01-2019, 18:21 | Oxunub: 2829 |

Yəməndə Səudiyyə Ərəbistanı hərbi bazasına terror hücumu: Baş qərargah rəisi, müavini, kəşfiyyat rəisi yaralandı – Ölənlər var

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hərbi bazasına terror hücumu edilib. Hərbi bazaya hücum zamanı xeyli sayda hərbçi ölüb və yaralanıb.

Emtv.az “Associated Press”ə istinadən xəbər verir ki, Yəmənin cənubunda Lahic şəhərində əl-Aned hərbi bazasına pilotsuz uçan aparat vasitəsi ilə hücum təşkil edilib.

Hərbi bazada öldürülən və yaralanan hərbçilərin Səudiyyə Ərəbistanının dəstəklədiyi hərbi koalisiyaya məxsus olduğu bildirilir.
Yaralılar arasında yüksəkrütbəli hərbçilərin də olduğu qeyd olunub.


“Əl-Ərəbiyə” telekanalı 6 nəfərin öldüyünü, 20-dən artıq hərbçinin yaralandığı məlumat yayıb.

Yaralılar arasında Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrin Baş qərargah rəisi Abdullah Salim Əli Al Nakhai, Baş qərargah rəsinin müavini Zindani, Kəşfiyyat İdarəsinin rəisi Məhəmməd Saleh Tamahın da olduğu bildirilir.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR