SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

ATƏT-dən Qarabağ açıqlaması

10-01-2019, 17:09 | Oxunub: 2788 |

ATƏT-dən Qarabağ açıqlaması

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək.

Emtv.az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib.

O qeyd edib ki, ATƏT regionunda və ümumiyyətlə, bütün dünyada əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb edir:

“Slovakiya 2019-cu ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və vasitəçi rolunda ədalətli olmaq istəyir.

Biz diqqətimizi münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının alınması, həmçinin onların insanlara təsiri məsələlərinə cəmləyəcəyik.

Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə etmək istiqamətində işimizi davam etdirəcəyik”.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR