SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Məktəblilərin universitet arzuları puç oldu

10-01-2019, 14:41 | Oxunub: 2337 |

Məktəblilərin universitet arzuları puç oldu

Bu gün Quba rayonunun Zərdabi kəndində - Xaçmaza gedən yolda baş vermiş dəhşətli qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib.

Emtv.az xəbər verir ki, sürüşkən yolda "Ford" markalı yük maşınına çırpılan "VAZ 21010"da həlak olanlar 2003-cü il təvəllüdlü Qasımov Coşqun Kamil oğlu, 2002-ci il təvəllüdlü Abbasov Şakir Eldəniz oğlu və sürücü, 1986-cı ildə anadan olmuş Tarverdiyev Nail Teymur oğludur.

Qəzaya minik avtomobilinin qarlı yolda sürət həddini düzgün seçməməsi səbəb olub. Hadisə nəticəsində ölən yeniyetmələr orta məktəb şagirdi olub və ali məktbə hazırlaşırlarmış.

Onlar bu gün səhər repititor yanına getmək üçün N.Tarverdiyevin avtomobili ilə yola çıxıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR