SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

15 yaşınadək evlənmək QADAĞAN OLUNACAQ

10-01-2019, 14:27 | Oxunub: 4018 |

15 yaşınadək evlənmək QADAĞAN OLUNACAQ

Səudiyyə Ərəbistanının məşvərət məclisi olan Məclis əş-Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha girməsinin qadağan olunması ilə bağlı tələb irəli sürüb.

Emtv.az xəbər verir ki, Şuranın “Twitter”dəki səhifəsində bu barədə məlumat verilib.

“İstər qız olsun, istərsə də oğlan, 15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır”, - məlumatda qeyd olunub.

Bununla yanaşı, qurum 18 yaşına çatmamış yeniyetmələrin nikah məsələlərini ixtisaslı məhkəmələrə həvalə olunmasına razılıq verib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR