12 avq 17:07Oxunub: 694 |

Şəkərli diabet xəstələri insulin iynəsindən azad ola bilərlər

Şəkərli diabet xəstələri insulin iynəsindən azad ola bilərlər

Rusiyada şəkərli diabetin müalicəsi üçün yeni dərman hazırlanıb. Yeni dərmanın adı “Ransulin”dir. Rusiya Elmlər Akademiyasının elmi katibi Nikolay Platenin sözlərinə görə bu dərman Rusiya həkimləri və kimyaçılarının ümumi sözləri nəticəsində alınmışdır. Yenilik ondan ibarətdir ki, “Ransulin” tabletka (həbb) şəklindədir. Məlumdur ki, insulin öz-özlüyündə “belok” olduğundan o, mədə-bağırsaq traktından keçərkən parçalanır və öz müalicəvi əhəmiyyətini itirir. Ona görə də onu bədənə ancaq iynə (inyeksiya) vasitəsilə yeridirlər. İnsulin inqaletorları isə az effektlidirlər. Ona görə də şəkərli diabet xəstələri özləri ilə şpris daşımalı olurlar. Rusiya alimləri insulini polimerlə birləşdirə biliblər. Burada polimer insulini mədə-bağırsaq traktından “nəql” edir (keçirir) və əsas odur ki, bu zaman insulin parçalanmır və deməli öz müalicəvi xüsusiyyətini itirmir.

Sözsüz ki, yeni yaradılmış dərman xəstələrin həyatını ciddi şəkildə asanlaşdıracaq və onları daim iynə vurmaqdan azad edəcək. Lakin bu bir neçə ildən sonra mümkün olacaq.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə